DünyaGündəmİdmanManşetXəbər xətti

İtaliyadan şok nəticə: milli DÇ-2018-dən kənarda qaldı

Dünən İtaliya və İsveç yığmaları arasında DÇ-2018 “play-off” mərhələsinin cavab oyunu keçirilib.

Aktor.Az xəbər verir ki, oyun 0:0 hesabı ilə başa çatıb. Beləliklə, Rusiyada keçiriləcək DÇ-2018 İsveç millisi vəsiqə qazanıb.

Qeyd edək ki, İtaliya yığması 1958-ci ildən ilk dəfə Dünya Çempionatının final mərhələsində yer almayacaq.