KriminalXəbər xətti

Bakıda kütləvi dava, iki nəfər bıçaqlandı

Bakıda kütləvi dava olub. Hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.

Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.

Hər iki şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.