DünyaGündəmManşetSiyasətSosialXəbər xətti

İranda məktəblər bağlandı – ZƏLZƏLƏ

İranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.Aktor.Az-ın məlumatına görə, məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.Əyalətdə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.

Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.