DinDünyaGündəmManşetSiyasətVideo xəbərXəbər xəttiНА РУССКОМ

Putin Ankarada “Quran”dan sitat gətirdi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ankarada müqəddəs kitab “Quran”dan sitat gətirib.Bu Rusiya-İran-Türkiyə üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

“Allahın mərhəmətini yada salın. Siz nə vaxtsa düşmən olmusunuz. Allah ürəklərinizi barışdırıb sizi qardaş etdi”, – Putin müqəddəs kitabdan bu sitatı dilə gətirib.

Rusiya lideri Ankarada keçirilən görüşü müsbət qiymətləndirib.

Üç ölkə arasında növbəti sammit Tehranda keçiriləcək.