AvtoXəbər xətti

Qazaxda “KamAZ” yanıb

Qazax rayonunda “KamAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.