Xəbər xətti

Tərtərdə iki traktor yanıb

Tərtərdə iki traktor yanıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda iki traktor qoşqusunun yanar hissələri, qoşqulara yığılan 4 ton ot bağlaması və bitişik 6 ton ot bağlamasının 2 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.