DiasporDünyaGündəmİqtisadiyyatManşetSiyasətXəbər xətti

Ələkbərov Azərbaycanda daha bir bank alır?

NIKOIL Bank və AccessBank birləşmə barəsində danışıqlar aparırlar. Bu barədə Trend-ə bank bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət AccessBank-ın NIKOIL Bank-ın tərkibinə keçməsindən gedir.

Hər iki bankın kapitalında xarici kapital mövcuddur. AccessBank 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems alman şirkəti və AcessHolding-dir.

NIKOIL Bank-ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri Vahid Ələkbərovdur.

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.