DünyaGündəmİqtisadiyyatManşetSiyasətXəbər xətti

Ərdoğan Bakıdan Türkiyəyə nə apardı?-FOTO

Əsrin dəmiyolu layihəsi hesab edilən Bakı-Tiflis-Qarsın açılışında iştirak edən Türkiyə prezidenti Bakıdan özü ilə xatirə aparıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan İlham Əliyev və baş nazirlərlə birlikdə adıçəkilən dəmiryolunun reyslərinə çivləri çaxdığı iri çəkici yadigar kimi saxlayıb.

Açılış mərasimindən sonra ilk olaraq onun əlindəki iri çəkici özü ilə gələn nümayəndə heyətinin üzvinə verməsi də diqqətdən qaçmayıb.

Xatırladaq ki, bu onun açılışdan olan ilk xatirə əşyası deyil. Belə ki, Ərdoğan ölkə daxilindəki açılışlara qatıldıqdan sonra qırmızı lentləri kəsdiyi qayçıları da xatirə kimi toplayır.

Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə yanaşı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Çıxışlardan sonra rəsmilər xəttin çivlərini vurub, yoldəyişən qurğunu işə salmışdılar. Bununla da ilk qatar Türkiyəyə yola salınmışdı.