GündəmİdmanManşetSiyasətXəbər xətti

Üzgüçümüz Dünya Kuboku mərhələsinin qalibi olub – FOTO

Azərbaycan üzgüçüsü, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi Maksim Şemberev Dohada (Qətər) Dünya Kuboku mərhələsinin qalibi olub.Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat yayıb.

 

O, 400 metr məsafədə kompleks üzmədə qızıl medal qazanıb.

 

Azərbaycanın qadın üzgüçüsü Fatimə Əlkərəmova 800 metr sərbəst növdə beşinci yeri tutub.

 

Qeyd edək ki, bu gün M.Şemberev 1500 metr məsafədə sərbəst üsulla üzmədə medallar uğrunda mübarizə aparacaq.