FotoGündəmManşetSiyasətXəbər xətti

Bakıda “Piyadalar əleyhinə minalarından azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində tədbir – FOTO

Bakı şəhərində aprelin 8-də  “Piyadalar əleyhinə Minalarından Azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində dəyirmi masa keçirilib. Aktor.Az xəbər verir ki, kampaniya 4-10 aprel tarixlərindən başlayaraq  Cənubi Qafqaz regionda silsilə tədbirlər təşkil etməklə davam edir.

“Cənubi Qafqazda minalar və partlamamış sursat problemlərinin aradan qaldırılmasında kontekstual çağırışlar” adlanan tədbir Qafqaz Siyasi Analiz Mərkəzinin  (CPAC) və LINKS-in (DAR) təşkilatçılığı ilə keçirilib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cari proseslər, inam yaratma addımları və bu addımlardan biri kimi minalarla mübarizə müzakirə edilib.

“Park Inn” hotelində baş tutan tədbirdə rəsmi qurumlarının, parlamentin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların, yerli və xarici vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və  media  təmsilçilərinin iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili görüşün keçirilməsinin məqsədləri, Dağlıq Qarabağ münaqişəsinin cari durumu ilə bağlı məlumat verib və ictimai müzakirələri açıq elan edib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas salamlama nitqi ilə çıxış edib.  Daha sonra, LINKS (DAR) təşkilatının rəhbəri Dennis Sammut Cənubi Qafqaz münaqişələrinin həllində inamyaratma tədbirləri və minalarla mübarizə kampaniyası haqqında məlumat verib.

Tədbirin növbəti hissəsində Azərbaycan Milli Məclisinin təmsilçiləri, diplomatik nümayəndəliklər və yerli vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri  fikirlərini bildiriblər. Əsas müzakirə məsələsi  Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna dair olub.

Tədbir Aİ-nin regiondakı gələcək fəaliyyətinin təşkili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli istiqamətində fəaliyyətinin müzakirəsi ilə davam etdirilib.

Tədbir barəsində əlavə məlumat üçün (050) 266 0728 saylı telefon və [email protected] emailə müraciət edə bilərsiniz.