GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

Regionun ikinci böyük layihəsi çöx önəmli nailiyyətidir – Elməddin Behbud

“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin – Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik. Bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq gücdədir”.

 

Aktor.Az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud səsləndirib:

 

“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan (BTC) əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin – Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışına şahidlik edəcəyik.

İlkin mərhələdə 1 milyon sərnişin və 4 milyon yük daşımağı hədəfləyən BTQ daha sonra bu rəqəmi müvafiq olaraq 6.5 milyon sərnişin 20 milyona yükə çatdırmağa iddialıdır. BTQ-nin ümumi uzunluğu 829 km-dir. Bunun 504 kilometri Azərbaycanın, 246 kilometri Gürcüstanın,79 kilometri isə Türkiyənin ərazisindən keçir. Bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq gücdədir. Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi eyni zamanda indiyədək Ermənistanın bölgədəki bütün mühüm layihələrdən təcridini uğurla həyata keçirən Azərbaycanın strateji hədəfə çatmağa doğru izlədiyi siyasətdə çox önəmli nailiyyətidir.

BTQ eyni zamanda tarixi İpək Yolunun müasir tələblərə uyğun şəkildə bərpasıdır. Beynəlxalq ictimaiyyət, beyin mərkəzləri bununla Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha doğru şəkildə analiz etmək imkanı qazanacaq. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun işə düşməsi Azərbaycanın strateji müttəfiqi və qardaş dövləti olan Türkiyə Cumhuriyyəti ilə Naxçıvan MR istisna olmaqla quru sərhəddinin olmamasından irəli gələn çətinliklərin qarşılanması istiqamətində də mühüm irəliləyiş sayılır. Bütün təzyiq və təxribatlara rəğmən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, mahir diplomatik siyasəti nəticəsində Azərbaycan bu tarixi layihəni kağız üzərindən reallığa çevirməyi bacardı.

Ancaq təbii ki, bu layihəyə paralel olaraq Rusiyanın dotasiyası və erməni diasporunun yardımı ilə yaşayan Ermənistanın regionda təcrid olunmuş vəziyyətdən çıxması üçün Abxaziya-Ermənistan dəmir yolu xəttinin bərpası üçün göstərilən səyləri və Gürcüstanın bu məsələdə davranışlarını da diqqətdə saxlamalıyıq…”