KinoManşetŞou-biznes

İTV-nin aparıcısı dələduzluqda ittiham olunur

“Əgər kimsə müsabiqənin adından  istifadə edib pul tələb edərsə, insanları həmin şəxslərə aldanmamağa çağırıram. Çünki biz heç kimdən bir qəpik də almayacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sinema güzeli” yarışmasının layihə rəhbəri, aparıcı Aysel Nazim fırıldaqçılıq ittihamları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Aparıcı bildirib ki, bu ildən etibarən Azərbaycanın da qoşulduğu müsabiqə seçimləri ödənişsizdir və heç kimdən pul alınmayacaq:
“Biz keyfiyyətli bir layihə təşkil edirik. Türkiyədən gələn jürilərimiz seçimləri edəcək. Aparıcı Vüsalə Səidin oxşar layihəsi olub. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs daha əvvəl iştirakçıların aldatılmasından, pul alınmasından, yalan vədlər verilməsindən danışır. Bu layihənin hüquqları məndədir və hər şey qanunauyğun nəzərdə tutulub. 6 qız 6 oğlan seçiləcək və onlara ödənişsiz aktyorluq dərslər keçiləcək. 27 yanvar tarixindən seçimlər olacaq və 18-28 yaş aralığında gənclər seçiləcək. Son olaraq qaliblər Türkiyədə qala gecəsinə qatılacaq”.
Qeyd edək ki, bir müddət öncə əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan “Sinemanın kral və kraliçesi” yarışmasının qaliblərinin ortada olmadığını bildirib.
Xatırladaq ki, V. Səid ittihamlara cavab verməkdən imtina edib.