GündəmVideo xəbər

Güclü külək iki yük maşınını aşırdı – VİDEO

Bakı-Ələt yolunda güclü külək nəticəsində iki ağır yük maşını aşıb.

Hadisə bu gün günorta saatlarında baş verib. Görüntülərdən məlum olur ki, aşan yük avtomobilləri arasında az məsafə var.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları da gəlib.

Həmin vaxt ərazidən keçən sürücü Zamin Musayev görüntüləri çəkərək, modern.az-a göndərib.