FotoManşet

Bakıya gətirilən zibil qutusu yandı – FOTO

Bakının Hüseyn Cavid prospektində qoyulmuş müasir plastik zibil konteynerlərindən biri yanıb.BakuPost xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Fotodan da görünür ki, zibil yeşiyi tamamilə əriyərək, istifadəyə yararsız hala düşüb.  Güman olunur ki, zibil qabına yanan siqaret atıldığı üçün, içindəki digər zibillər alışıb və belə bir hadisəyə səbəb olub
Məlumat üçün bildirək ki, sözügedən zibil konteynerləri Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə gətirilib. Rayonların əksəriyyətində dəmir zibil qabları dəyişdirilərək, plastiklərlə əvəz edilib.

Image may contain: outdoor