“Tabaterra”da neçə ədəd siqaret istehsal ediləcək? – VİDEO

“Lider” televiziyasının “Səda ekonomiks” verilişində Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa edilmiş “Tabaterra” QSC siqaret istehsalı müəssisəsi barədə süjet efirə gedib.

Aktor.Az xəbər verir ki, müəssisəsin mətbuat katibi Bəxtiyar Səlimov həyata keçirilən işlərin məzmununa aydınlıq gətirib.

Qeyd edək ki, ”Tabaterra” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye Parkının ərazisində “Tabaterra” QSC beynəlxalq standartlara cavab verən tütün məmulatları istehsalını həyata keçirir. Şirkət tərəfindən ildə 7 milyard ədəddən çox siqaretin istehsal ediləcəyi planlaşdırılır.

Həmin görüntüləri təqdim edirik:

 

.