DiasporDünyaƏdəbiyyatManşetMədəniyyətVideo xəbər

Əsəd Təhləlinin öz ifasında şeirləri – AUDİO

Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı Mirzə Məmmədoğlu bu ölkənin Dövlət Radiosu üçün Gürcüstanın Qarayazı (Qardabani) bölgəsinin Ağtəhlə kəndinin sakini Təhləli şair Əsədin (Məmmədov) şeir sənətini təqdim edib.

Aktor.Az onun xatirələrini olduğu kimi təqdim edir:

“Əsəd Təhləli 1929-cu ildə Qarayazı bölgəsinin Ağtəhlə kəndində anadan olub. Sovet dönəmin də heyvandarlıq təsərrüfatında baytar həkim işləyib. Təhləli şair Novruzdan şeir sənətinin sirlərini öyrənib. Aşıq şeirinin bütün şəkillərində qələmini sınayıb. Bir şeirlər kitabının müəllifidir.

Gürcüstan Radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.

P.S. Gələn il aprelin 15-də bu qocaman şairinin 90 yaşı tamam olur.  Ona can sağlığı arzulayıram”.

 

 

…və Təhlə dağından bir xatirə!