DünyaGündəmManşetSiyasətVideo xəbər

Gürcüstanın yeni prezidentini belə qorxutdular – VİDEO

Xəbər verildiyi kimi, bu günlərdə Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

Aktor.Az xəbər verir ki, Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.

İnauqurasiya zamanı kurioz hadisə baş verib.Belə ki, əsgərlər önündən keçən dövlət başçısı ona hesabat verən komandirin uca səsindən qorxub.Həmin an kameralara düşüb.

Qeyd edək ki, andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb.

S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək