Cərimə meydançasında nə qədər pul ödəməliyik? – Rüsum belədir

Cərimə meydançasında ödənilən məbləğ bütün avtomobillər üçün eyni deyil. Cərimələr avtomobillərin modellərinə görə dəyişir.

Hüquqşunas Asif Abdullayev Metbuat.az açıqlamasında bildirir ki, yük avtomobillərinin sürücüləri cərimə meydançasında avtomobilin 1 gün saxlanılmasına görə daha çox pul ödəyir: “Belə ki, 3.5 tona qədər ağırlığı olan minik avtomobillərinin sürücüləri 1 AZN, 3.5 tondan 10 tona qədər çəkidə olan avtomobillərin sürücüləri 2 AZN, 10 tondan yuxarı çəkisi olan avtomobillərin sürücüləri isə 3 AZN ödəməlidir. Bu məbləğdən artıq məbləğin tələb edilməsi qanunsuzdur”

.