İqtisadiyyatManşetSiyasət

İqbal Babayev: İlk Milli Layihə Menecmenti Forumu işgüzar əlaqələr üçün səmərəli platformadır

İlk Milli Layihə Menecmenti Forumu işgüzar əlaqələr üçün səmərəli platformadır.Bu barədə Azərbaycan Layihə Menecmenti Assosiasiyasının prezidenti İqbal Babayev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda layihə menecmentinin 20 illiyinə həsr olunan, Cənubi Qafqazda bu istiqamətdə keçirilən ilk böyük tədbirin məqsədi layihə menecerlərini bir araya gətirmək, layihə idarəçiliyi üzrə standartlara və metodologiyalara təkrar baxılması, bu sahədə əldə edilən uğurların təqdim edilməsidir.

İ.Babayev qeyd edib ki, istənilən ölkədə layihələrin düzgün idarə edilməsi üçün siyasi sabitlik və iqtisadi inkişaf olmalıdır. Bu cür forumun keçirilməsi də ölkəmizin inkişafından, tərəqqisindən xəbər verir. Hər il belə bir forumun keçirilməsi nəzərdə tutulub.