FotoGənclər fonduGündəmManşetSiyasət

“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirildi – FOTOLAR

7 dekabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan
Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının iştirak etdiyi “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilmişdir.

Fonddan Aktor.Az-a verilən məlumata görə, festival çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllük hərəkatlarınınstendləri quraşdırılmış və onların fəaliyyəti ziyarətçilərə nümayiş olunmuşdur. Həmçinin,
tədbir keçirilən məkanda gənclər üçün 70 şirkətin iştirak etdiyi xüsusi əmək yarmarkası
təşkil edilmişdir.

Tədbirin rəsmi hissəsinin açılışında çıxış edən Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərov qonaqları salamlayaraq gənclərimizin könüllük fəaliyyəti
istiqamətində beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusi ilə də
cənab Prezident İlham Əliyevin gənclərə olan qayğı və diqqətindən söhbət açmışdır.
Rəsmi hissədə çıxış edən Gənclərin Dünya Assambleyası Beynəlxalq təşkilatının baş
katibi Ediola Pashollari Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat vermişdir.
Daha sonra Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqoriy Petuşkov
çıxış edərək gənclərə öz tövsiyyələrini vermiş və onları Beynəlxalq Könüllülər Günü
münasibəti ilə təbrik etmişdir. Tədbirin gedişatında ASAN Könüllülər, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Formula-1 Könüllüləri və Bir Könüllülərin rəhbərləri çıxış edərək, təmsil etdikləri hərəkatların uğur və fəaliyyəti barədə məlumat verdilər. Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc Könüllü” proqramının təqdimatı nümayiş olundu.

Rəsmi hissədən sonra “Tələbə və Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi,
Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnklyuziv könüllülük
Könüllülüyü ictimaiyyətə necə açıq etmək olar” və “Könüllülük sahəsində Beynəlxalq
təcrübə və standartlar” mövzularında beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə
paralel panel sessiyaları keçirilmişdir.

Bakı Konqres Mərkəzinin foyesində oyun zonası, əyləncə və intellektual zonalar
yaradılmış, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilmiş,
fərqlənən gənclər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Panel müzakirələrdə fəal iştirak edən və təşkilatlar tərəfindən namizədliyi irəli
sürülmüş könüllülər sertifikatlarla təltif edilmişlər.

Festivalın davamı olaraq, il boyu fəallıq göstərmiş 100 gəncin iştirakı ilə iki günlük
“Azərbaycan Könüllülərin Qış Düşərgəsi” keçiriləcəkdir.