Xəbər xətti

Azərbaycanda terror təhlükəsi yoxdur – İndeks

Azərbaycan öz reytinqini üç mövqe yaxşılaşdırıb və “Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub.SİA bildirir ki, Dünya iqtisadiyyatı institunun təqdim etdiyi bu məlumatda bu barədə qeyd olunub.
Qeyd edək ki, mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur.
Azərbaycan, bu göstəriciyə əsasən regionda liderə çevrilib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb.
Reytinq cədvəlinə dünya “liderləri” olaraq, İraq, Əfqanıstan və Nigeriya üçlüyü başçılıq edir. Rusiya 34-cü, ABŞ 20-Cİ, Almaniya 39-cu, Fransa isə 30-cu yerdədir.
Ukrayna isə siyahıda 21-ci yeri tutur, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus isə 138-ci yerləri bölüşürlər.
Məruzənin müəllifləri qeyd edirlər ki, terrorçuların əllərində ölən insanların sayı 3 ildir ki, ardıcıl olaraq aşağı düşür. Buna səbəb olan hal kimi, “İslam Dövləti” terror qruplaşmasının İraqda və Suriyada davamlı olaraq zəifləməsi göstərilir.
Suriyada son bir ildə terrorçular tərəfindən öldürülən insanların sayı demək olar ki, iki dəfə aşağı düşüb – 2017-ci ildə 1,1 min, 2016-ci ildə 2,1 min, 2015-cı ildə isə 2,7 min qurban.
İrqada isə 2016-cı ildə öldürülən 9,8 min insanların sayı 2017-ci ildə 4,5 minə qədər enib.