Bakıda daha bir dəhşət – 24 yaşlı qıza təcavüz edildi

Oktyabrın 25-də 24 yaşlı qız zorlanma faktı ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib.Bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1993-cü il təvəllüdlü, Tovuz rayon sakini Rəna Məhərrəmova (ad etik məsələlərə və istintaq maraqlarına görə dəyişdirilib – red.) bildirib ki, çərşənbə günü səhər saat 05:00 radələrində kirayə yaşadığı evdə Anar adlı tanışı tərəfindən zorlanmaya məruz qalıb.

Onun sözlərinə görə, oğlanı yanına özü buraxıb. Lakin etibar edib otağını bölüşdüyü şəxsin ona təcavüz edəcəyini düşünməyib.

İş üzrə materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib

.