GündəmManşetSiyasətVideo xəbər

Əli Həsənov: Ermənistan hakimiyyəti işğalçı siyasəti və əsassız iddiaları ilə öz xalqını təhdid edir – VİDEO

Ermənistan hakimiyyəti işğalçı siyasəti və Türkiyəyə qarşı əsassız iddiaları ilə öz xalqınıtəhdid edir.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Dövlət rəsmisi, ikitərəfli əlaqələr və regiondakı təhlükəsizlik məsələləri ilə bağlı sualları da cavablandırıb.

Azərbaycan-Türkiyə əlaqələrini və regional məsələləri Türkiyə mətbuatına şərh edən Əli Həsənov bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq nə qonşu, nə də başqa dövlətləri təhdid edir. İki qardaş ölkə qarşılıqlı inkişaf naminə bütün dövlətlərlə əməkdaşlığa açıqdır.

Əli Həsənov əlavə edib ki, Ermənistan hakimiyyəti işğalçı siyasəti və Türkiyəyə qarşı əsassız iddiaları ilə öz xalqını təhdid edir: “Əgər Ermənistan sülh, Azərbaycanla Türkiyənin birlikdə etdiyi milli və beynəlxalq layihələrə qatılmaq istəyirsə, buyursun, işğal etdiyi torpaqlardan çəkilsin. Sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Biz Ermənistanı sülhə və barışa dəvət edirik”.

Əli Həsənov bildirib ki, Azərbaycan bütün böyük layihələrdə Türkiyənin iştirtakı üçün çalışır. Bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən Bakı-Tbilisi -Ceyhan layihəsi ilə qoyulub: “Heydər Əliyev Türkiyənin bundan faydalanması üçün böyük mübarizə apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan Türkiyə olsun. Ona görə də Türkiyə ilə böyük proyektləri bir millətin iki dövləti kimi edirik. Star rafineri, Petkimdə, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən Türk xalqının faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb, rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Əli Həsənov regiondakı digər münaqişələr və böhranlara da münasibət bildirərərək, hər iki ölkənin dünyada baş verən böhranlara səssiz qalmayacağını deyib.

Dövlət rəsmisi əlavə edib ki, sivil dünyanın bir parçası və iştirakçısı olaraq Türkiyə və Azərbaycan böhranları yaradan səbəblərin aradan qalxması üçün çalışır.