«Diabet Məktəbi» keçirilib – VİDEO/FOTOLAR

14 noyabr Ümumdünya Diabet Günü ilə əlaqədar “REFERANS” Poliklinikin Endokrinoloji Mərkəzinin Həkim-endokrinoloqu Dr.Kəmalə Gözələova tərəfindən «Diabet nədir?» mövzusunda ödənişsiz Diabet Məktəbi keçirilib.

Aktor.Az xəbər verir ki, diabetdən əziyyət çəkən xəstələrin iştirakı ilə keçirilən tədbirdə diabetin növləri, simptomları, bu xəstəliyin müalicəsi, qanda qlükozanın səviyyəsinə nəzarət, pəhriz və fiziki məşqlər kimi mövzulara toxunulub.Həkim müzakirə zamanı pasiyentləri məlumatlandırıb, onları maraqlandıran suallara geniş açıqlama verib.

Qeyd edək ki, 14 noyabr Ümumdünya Diabet Günüdür (ÜDG). Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən ÜST-nın və BDF-nın tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.

 

 

Kəmalə Gözəlova – REFERANS POLİKLİNİKİN Endokrinoloqu

 

✔2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsini bitirib;

✔2008-ci ildə 4 saylı Şəhər Klinik Xəstəxanasında internatura keçib;

✔2011-2012-ci illərdə “Sağlam Ailə” Tibb Mərkəzində Endokrinoloq olaraq fəaliyyət göstərib;

✔2012- ci ildən 10 saylı Şəhər Poliklinikasında Endokrinoloq olaraq fəaliyyət göstərir;

✔2013-2015-ci illərdə “City hospital”Tibb Mərkəzində Endokrinoloq olaraq fəaliyyət göstərib;

✔2016-ci il –“Diabetic foot –and multidisciplinary approach” konfrans;

✔2018-ci il “ 40. Türkiye Endokrinoloji ve Metabolizma Hastalıkları Kongresi “ Türkiyə , Antalya konfranslarında iştirak edib;

✔2018-ci il ,  Türkiyə, Muğla “Məzuniyyət sonrası eğitim kursu” – Endokurs; 

✔Hal-hazırda isə həftənin 1,3 və 5-ci günləri Referans Poliklinikdə Həkim-Endokrinoloq kimi fəaliyyət göstərir.

 

Ətraflı məlumat: *0033 və ya 012 310 00 22/33, 012 440 00 33

          Ünvan: M.Mirqasımov 25 A

Mobil:  0502648481;  0519066030

Facebook:  https://www.facebook.com

 

 

.