Bakı Media Mərkəzi Bayraq Günü münasibətilə videoçarx hazırlayıb – VİDEO

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hazırladığı videoçarxı təqdim edir.

İdarədən Aktor.Az-a verilən məlumata görə, videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır.

Layihənin reallaşdırılmasında məqsəd gənc nəsldə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq. Noyabrın 9-da seanslardan əvvəl kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda yayımlanacaq. Layhiənin çəkiliş Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

.